
“Araz-Naxçıvan”dan “Aris” üzərində əzmkar qələbə
- 24 İyl 2025 21:58
- 59
“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk matçına çıxıb.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda Yunanıstan klubu “Aris”lə üz-üzə gəlib.
“Dalğa Arena”da keçirilən və rumıniyalı referi Andrey Kivuletenin idarə etdiyi qarşılaşmada 3 qol qeydə alınıb. Azərbaycan təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
24 iyul
Araz-Naxçıvan - Aris 2:1
Qollar: Felipe Santos, 75. Patrik Andrade, 78 - Loren Moron, 66.
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, “Dalğa Arena”.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.
Aris: 33. Georgis Atanasiadis, 4. Fabiano, 7. Karles Peres, 8. Monçu (k), 10. Uroş Raçiç, 14. Yakub Brabeç, 27. Noa Fadiqa, 37. Hamza Mendil, 80. Loren Moron, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Ehtiyat oyunçular: 21. Lovro Maykiç, 91. Emilyano Karaj, 15. Alvaro Texero, 17. Martin Fridek, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 28. Dudu, 41. Kostas Xarupas, 70. Yannis Yanniotas, 77. Mixail Panagidis.
Baş məşqçi: Marinos Uzunidis.