“Aris”in (Yunanıstan) futbolçusu Frederik Yensen Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, finlandiyalı yarımmüdafiəçi Azərbaycan komandasına qarşı ciddi hazırlaşdıqlarını söyləyib:


"Sabah bizi maraqlı oyun gözləyir. "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik. Komanda olaraq görüşə hazırıq".


“Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.