Bu mövsümdə ev oyunlarını Qəbələdə keçirəcək "Araz Naxçıvan"ın oyunlarında bilet satışı tətbiq olunmayacaq.

Rekord.az xəbər verir ki, Naxçıvan klubunun rəhbərliyi bu addımı oyunlarına azarkeş cəlb etmək üçün edib.

Halbuki Qəbələdə kiminsə "Araz Naxçıvan"ın oyununa maraq göstərib gələcəyi də inandırıcı deyil.