
“Araz-Naxçıvan” “Omoniya”ya böyük hesabla uduzdu
- 07 Avq 2025 21:55
- 39
“Araz-Naxçıvan” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
Sports.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Kipr “Omoniya”sı ilə qarşılaşıb.
“Araz-Naxçıvan” əvvəlki raundda Yunanıstanın “Aris”, “Omoniya” isə Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
Bu komandaların Bakıdakı görüşündə Kipr təmsilçisi 4 cavabsız qola sevinib. Komandaların cavab qarşılaşması avqustun 14-də olacaq.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
Araz-Naxçıvan – Omoniya 0:4
Qollar: Layzos Layzu, 13; 23. Evandro, 55. Stevan Yovetiç, 58.
Baş hakim: Andrey Berska (Çexiya).
Bakı, Liv Bona Dea Arena stadionu.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 17. İssuf Paro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 44. Rahil Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 6. Karel Eytinq, 9. Mariuş Stepinski, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis, 91. Konstantios Panaqi.
Baş məşqçi: Henninq Berq.