
ANORMALLIQ: Müstəqil klubun loqosunu AFFA hazırlayıb
- 25 Fev 2022 17:00
- 765
Xəbər verdiyimiz kimi, AFFA "Keşlə"ni "Şamaxı"ya çevirəndən sonra yeni adın loqosunu da təsdiq üçün UEFA-ya göndərib.
Rekord.az xəbər verir ki, işin maraqlı tərəfi bütün bu işlərin klubdan xəbərsiz görülməsidir.
Əldə etdiyimiz məlumata görə, bu məsələ ilə bağlı "Keşlə" klubundan heç kiminlə məsləhətləşmə aparılmayıb, heç kimə bir kəlmə də deyilməyib. Yəni sözdə müstəqil olan klubun loqosunu federasiya özü hazırlayaraq UEFA-ya göndərib. Hətta deyilənə görə, "Keşlə" rəhbərliyi, futbolçu və məşqçi heyətinin yeni loqonun eskiindən belə, xəbərləri yoxdur. Hətta kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, "Keşlə"nin Şamaxıya nə zaman gedəcəyini, orada harada qalacağını, harada necə qidalanacağını belə, AFFA müəyyənləşdirəcək. Kluba sadəcə deyiləcək ki, filan tarixdə filan yerə get. Hər halda, müstəqil adı altında fəaliyyət göstərən bir klubun yemək yeyəcəyi yeri belə, federasiya təyin edirsə, burada hansı müstəqillikdən söhbət getdiyinə özünüz qərar verin.