"Real"ın baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasını başa vuracağı tarixi açıqlayıb.

Rekord.az xəbər verir ki, 63 yaşlı italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

O, "Real"la müqaviləsi bitdikdən sonra məşqçilik karyerasını bitirəcəyini deyib:

"Dünyanın ən yaxşı klubundayam. Bu, məni hər gün motivasiya edir. Burada olduğuma görə çox xoşbəxtəm. "Real"dan ayrıldıqdan sonra karyeramı başa vuracam".

Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimidir.