Bir müddət əvvəl “Napoli”dən ayrılan Karlo Ançelottinin yeni klubu məlum olub.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis “Everton”un “sükanı arxasına” keçib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mersisayd klubu 60 yaşlı mütəxəssislə 2023/24-cü il mövsümünün sonunadək müqavilə imzalayıb.

Ançelotti Premyer Liqada 2009/11-ci illərdə “Çelsi”ni çalışdırmışdı.