Qışdan sonra yaşıl meydanlara qayıdan Amil Yunanov qısa zamanda yenidən oyunu ilə söz etdirməyi bacarsa da, son turlarda daha çox ehtiyatda qalır.

Rekord.az xəbər verir ki, komandanın məşqçiləri onu ehtiyatda saxlayıb fasilədən sonra oyuna buraxırlar.

"Kəpəz"lə dünənki oyundan sonra "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərov bunu taktiki gediş adlandırsa da, əldə etdiyimi məlumata görə, səbəb tamam başqadı. Belə ki, Amil zədədən geri dönsə də hələ tam olaraq sağalmayıb. Futbolçunun ayağında hələ də ağrılar var və buna görə məşqçilər korpusu riskə getmək istəmir. Bu səbəbdən futbolçu son turlarda əsas heyətdə görünmür.