
Amil Yunanov millidən dəvət gözləyir
- 27 Fev 2023 11:00
- 492
Xeyli müddətdir zədədən əziyyət çəkən Amil Yunanov yaşıl meydançalara yeni-yeni dönməsinə baxmayaraq, özünü yaxşı tərəfdən göstərməyi bacardı.
Rekord.az xəbər verir ki, "Sabah" kimi güclü rəqiblə oyunda dubl etməsi də bunun bariz sübutudur.
Saytımıza açıqlama verən hücumçu zədədən yeni qayıtmasına baxmayaraq, millinin qarşıdan gələn toplanışına hazır olduğunu bildirib: "Mən millidə oynamağa hər zaman hazıram. Dəvət olarsa, canla-başla gedərəm. Bu mənada mart ayında olacaq toplanışa da dəvət gözləyirəm. Zədədən sonra tədricən formaya düşürəm. Bir neçə tura daha yaxşı formada olacağıma inanıram".