
Almeydadan 25-ci penalti
- 17 Apr 2023 15:00
- 346
Riçard Almeyda Misli Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi buna XXX turda nail olub.
Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.
Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.