
Almanlar bu futbolçu üçün 25 milyon tələb edir, ingilislər 17 milyon təklif edir
- 23 Avq 2022 16:30
- 409
"Ştutqart"ın hücumçusu Saşa Kalayciç komandasını dəyişə bilər.
Rekord.az xəbər verir ki, futbolçu "Vulverhempton"a keçməyə yaxındı.
Klublar arasında danışıqlar inkişaf mərhələsindədi. Eyni zamanda transferin məbləği ilə bağlı tərəflər arasında fikir ayrılıqları var: almaniyalılar 25 milyon avro almaq istəyir, ingiltərəlilər təxminən 17,7 milyon ödəməyə hazırdı.
Futbolçunun özü premyer-liqada oynamaq istəyir. Onunla müqavilənin şərtlərini razılaşdırmaqda “qurdlar” çətinlik çəkməyəcək.