Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda “Bayern” və “Borussiya” (Dortmund) komandaları qarşılaşıb.

“Siqnal İduna Park”da keçirilən oyun Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Bayern” tarixində 9-cu dəfə Almaniya superkubokunu qazanıb. “Borussiya” isə 6 dəfə bu uğura imza atıb.

Almaniya superkuboku
17 avqust

Borussiya (Dortmund) - Bayern 1:3
Qol: Roys, 64 - Levandovski, 41; 74. Müller, 49.