Almaniya və Niderland yığmalarından məhsuldar heç-heçə
- 2024-09-11 01:05
- 156
UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, günün mərkəzi görüşündə Niderland və Almaniya yığmaları qarşılaşıb.
Amsterdamda keçirilən matç məhsuldar alınıb. Komandalar hərəyə 2 dəfə fərqləniblər.
B Liqasında mübarizə aparan İngiltərə yığması ardıcıl ikinci qələbəsini qazanıb.
Gürcüstan isə səfərdə Albaniyaya qalib gəlib. Bu qələbə qonşularımızı qrupda lider mövqeyinə yüksəldib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
10 sentyabr
A Liqası, 3-cü qrup
Macarıstan - Bosniya və Herseqovina 0:0
Niderland – Almaniya 2:2
Qollar: Reynders, 2. Dumfris, 50 – Undav, 38. Kimmix, 45+3.
Xal: Almaniya – 4. Niderland – 4. Bosniya və Herseqovina – 1. Macarıstan – 1.
B Liqası, 1-ci qrup
Albaniya – Gürcüstan 0:1
Qol: Koçoraşvili, 71.
Çexiya – Ukrayna 3:2
Qollar: Şults, 21; 45+2. Souçek, 80-pen – Vanat, 37. Sudakov, 84.
Xal: Gürcüstan – 6. Albaniya – 3. Çexiya – 3. Ukrayna – 0.
B Liqası, 2-ci qrup
İngiltərə – Finlandiya 2:0
Qollar: H.Keyn, 57; 76.
İrlandiya – Yunanıstan 0:2
Qollar: İoannidis, 50. Tzolis, 87.
Xal: Yunanıstan – 6. İngiltərə – 6. İrlandiya – 0. Finlandiya – 0.
C Liqası, 4-cü qrup
Latviya - Farer adaları 1:0
Qol: Varslavan, 64.
Şimali Makedoniya – Ermənistan 2:0
Qollar: Bardi, 70. Miovski, 79.
Xal: Şimali Makedoniya – 4. Ermənistan – 3. Latviya – 3. Farer adaları – 1.
D Liqası, 2-ci qrup
Andorra – Malta 0:1
Qol: Kamenzuli, 45.
Xal: Moldova – 3. Malta – 3. Andorra – 0.