
Almaniya millisinin üzvü üçün mövsüm erkən bitdi
- 25 Fev 2023 16:00
- 371
Futbol üzrə Almaniya millisinin yarımmüdafiəçisi Yulian Draksler uzun müddətə sıradan çıxıb.
Rekord.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubunda çıxış edən 29 yaşlı vinger topuğundan aldığı zədəyə görə əməliyyat olunmaq məcburiyyətində qalıb.
Həkimlər Drakslerin cari mövsümdə bir daha meydana çıxa bilməyəcəyini açıqlayıblar. O, bərpa dönəmini Portuqaliya klubunun düşərgəsində keçirəcək.
Xatırladaq ki, almaniyalı futbolçu müqavilə ilə Fransanın PSJ klubuna məxsusdur. Yarımmüdafiəçi “Benfika”da icarə əsasında çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 18 oyuna 2 qol vurub.