
Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
- 06 Sen 2022 15:15
- 447
Futbol üzrə Almaniya millisinin və "Bavariya" klubunun sabiq müdafiəçisi Holger Badştuber 33 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Batştuber Almaniya yığmasının heyətində keçirdiyi 31 oyuna 1 qolla yadda qalıb. Müdafiəçinin son klubu İsveçrə "Lütsern"i olub.