"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yolları ayırmayacaq.

Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi yeni mövsümdə də italiyalı mütəxəssislə əməkdaşlığa davam edəcək. "Yuventus" ancaq məşqçi heyətində kadr dəyişiklikləri planlaşdırır.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"a uduzaraq (1:1, 0:3) turnirdə mübarizəni dayandırıb. Komanda A seriyasında isə 56 xalla 4-cü pillədə qərarlaşıb.