
Alleqri: "Bu məğlubiyyət əsl biabırçılıqdır, çempionluq əldən getdi”
- 05 Apr 2022 12:16
- 446
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 31-ci turunda "İnter"ə 0:1 hesablı məğlubiyyəti şərh edib.
Rekord.az xəbər verir ki, Alleqri çempionluq mübarizəsindən qopduqlarını etiraf edib:
“Çoxlu qol imkanları yaratdıq, qapıya zərbələr endirdik. Bu məğlubiyyət əsl biabırçılıqdır.
Xüsusilə rəqibin cərimə meydançası yaxınlığında çox yaxşı ötürmələr etdik. Hər kəsin tənqidinə tuş gələn Rabio bu gün yaxşı oyun keçirdi.
Etiraf edirəm, artıq çempionluq yarışından qəti şəkildə çıxmışıq, indi dördüncü yeri tutmaq üçün mümkün qədər çox xal toplamalı və növbəti mövsümə maksimum dərəcədə hazırlaşmalıyıq.
Bunun üçün hər cür şəraitimiz var. Qalan yeddi oyunun hər birində qalib gəlmək lazımdır. Çünki “Roma” bizdən cəmi beş xal geri qalır.
Biz təkmilləşməliyik, lakin artıq düzgün yolda olduğumuzu da deməliyəm.
Skudettoya iddialı kimdir? Mən həmişə “İnter”i favorit hesab etmişəm və indi onların yaxşı qrafiki var.
Bizə uduzsaydılar, hər şey dəyişəcəkdi, amma bu qələbə onlara inamı daha da artırdı”.