İtaliya A Seriyasının 21-ci turunun “Leççe” – “Yuventus” matçı qonaqların baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, onun komandası sözügedən görüşdə 3:0 hesabı ilə qalib gəlib. Bu, Alleqrinin A Seriyasında ümumilikdə 300-cü qələbəsi olub.

O, belə nəticə ilə çempionatda ən çox qələbə qazanan məşqçilər arasında 3-cü pilləyə yüksəlib. Alleqri yalnız Nereo Rokko (302) və Covanni Trapattonidən (352) geri qalır.

“Yuventus” bu mövsüm A Seriyasında 21 turdan sonra 52 xal toplayıb və liderdir.