
Aleksandr Səmədov: "Rus klubları Asiya Çempionlar Liqasında oynasın”
- 22 Mar 2022 12:19
- 492
Əslən azərbaycanlı olan sabiq futbolçu Aleksandr Səmədov UEFA yarışlarından kənarlaşdırılan Rusiya klublarına təklif irəli sürüb.
Rekord.az xəbər verir ki, Rusiya millisinin üzvü olmuş Səmədov championat.com saytına müsahibəsində deyib:
“Asiya Çempionlar Liqası Avropa Çempionlar Liqasının analoqudur. Orada oynamaq olar. Əgər “Spartak” və “Lokomotiv” həmin turniri udsalar, bu, yaxşı nəticə olar. Ciddi danışsaq, bu yarışda qalib olmaq asan deyil”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar rus klubları UEFA-nın bütün turnirlərindən, milli isə DÇ-2022-dən uzaqlaşdırılıb.