
Aleks de Souza istefaya göndərildi
- 04 May 2023 17:00
- 340
Braziliyanın “Avai” klubu baş məşqçi Aleks de Souzanı istefaya göndərib.
Rekord.az xəbər verir ki, B Seriyasına mübarizə aparan klub 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Aleks bu ilin yanvar ayından sözügedən komandaya rəhbərlik edirdi. “Avai” onun rəhbərliyi altında keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.