
Alba maaşının azaldılmasından narazıdır
- 17 Avq 2021 16:47
- 532
“Barselona”nın müdafiəçisi Jordi Alba ilə klub rəhbərliyi arasında narazılığın yarandığı barədə məlumata yayılıb.
Bildirilir ki, rəhbərlik futbolçunun məvacibini azaltmaq istəsə də, o, buna etiraz edib.
Rekord.az xəbər verir ki, Alaba məsələ ilə bağlı açıqlama verib:
“Mətbuat mənim məvacibim haqda lap çoxdan yazır. Klub isə məvacibin azaldılması xahişi ilə mənə 2-3 həftə əvvəl müraciət edib.
Həmişə istəmişəm ki, kluba kömək edim. Heç kim hesab etməsin ki, mən burda ən yaxşı şərtləri tələb edirəm və özümü hamıdan üstün sayıram.
Belə yalan xəbərləri eşitmək mənə ağırdır. Bu klub mənə çox şey verib. Mən “Barsa”nı sevirəm, burada böyümüşəm”.