
Alaba bugünkü oyunda olmayacaq
- 04 May 2022 13:30
- 465
"Real" Çempionlar Liqasının yarımfinal mərhələsinin "Mançester Siti"yə qarşı keçiriləcək cavab matçına ciddi itkiylə çıxacaq.
Rekord.az xəbər verir ki, Madrid klubunun futbolçusu David Alaba ingilislərlə oyunda meydana çıxa bilməyəcək.
Mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" matçı saat 23:00-da başlayacaq.
Komandalar arasındakı ilk oyunda ingilislər 4:3 hesablı qələbə qazanıb.