Ağsu İdman Kompleksində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə cüdo idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd rayonda idmanın və gənc idmançıların inkişafının dəstəklənməsi, cüdo idman növünün inkişafı olmuşdur.

Turnirdə 8 çəki dərəcəsində 32 nəfər idmançı mübarizə aparıb. Qaliblər diplom və medallarla təltif olunub.