“Zirə”yə keçdiyimə görə çox şadam. “Zirə” həmişə iddialı klublardan olub”.

Rekord.az xəbər verir ki, bu sözləri “Zirə”nin yeni transferi Ağabala Ramazanov klubun rəsmi saytına açıqlamasında deyib.

“Səbail”də “Zirə”yə keçən Azərbaycan millisinin hücumçusu seçimini bu cür izah edib: 

“Bilirəm ki, komanda bu mövsüm də qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. Seçimimdə bu amil də xüsusi rol oynadı. İnanıram ki, bu yolda yeni komandama kömək edəcəm. Mənə etimad göstərdikləri üçün təşəkkür edirəm və bu etimadı doğrultmağa çalışacam”.