"Səbail"in baş məşqçisi Aftandil Hacıyev bu yaxınlarda klub rəhbərliyi ilə görüşəcək.

Rekord.az-a daxil olan məlumata görə, görüş "Keşlə" ilə oyundan sonraya nəzərdə tutulub.

Görüşdə əsas müzakirə mövzusu növbəti mövsümlə bağlı olacaq. Hacıyev ilk növbədə büdcə ilə bağlı rəhbərlikdən təminat almaq istəyir. Yalnız bundan sonra heyət və transferlər üçün plan hazırlayacaq.