
Afrika Millətlər kubokunda insident – 6 nəfər vəfat etdi
- 25 Yan 2022 16:00
- 480
Afrika Millətlər kubokunun 1/8 final mərhələsi çərçvisəində keçirilən Kamerun – Komor adaları matçından əvvəl insident yaşanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanın keçirildiyi stadiona girmək istəyən fanatlar arasında qarşıdurma yaşanıb. İzdiham nəticəsində azı 6 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilib.
Kamerun millisi Komor adalarını 2:1 hesabıyla məğlub edərək, adını 1/4 finala yazdırıb.