AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR (videoköməkçi hakim) sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bir illik sözləşməyə əsasən, Bakı Olimpiya Stadionundakı VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.