AFFA Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı tender elan edib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, tender müddəti 27 mart 2023-cü il saat 17:00-a qədərdir. İşə başlama tarixi 5 aprel 2023-cü il göstərilib. İşin təhvil verilmə tarixi 5 aprel 2024-cü ildir.