
AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat aldı
- 03 Okt 2022 18:15
- 475
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və "Monako" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda UEFA Matç direkroru (UEFA Venue Director) qismində çalışacaq.
Oktyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.