
AFFA rəsmisi “Olimpiakos” - “Atalanta” matçına təyinat aldı
- 21 Fev 2022 16:16
- 484
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı funksioner Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Sözügedən matç fevralın 24-də Yunanıstanda keçiriləcək.