Xəbər verdiyimiz kimi, Premyer Liqasında oynamaq istəyində olan klublar lisenziyalaşdırma ilə bağlı sənədləri AFFA-ya təqdim ediblər.

Rekord.az xəbər verir ki, "Kəpəz" və "Turan Tovuz"dan başqa, "Zaqatala", "Qaradağ Lökbatan" və MOİK də sənədlərini verib.

Lakin onların elitada oynamaq şansı demək olar ki, yoxdur. Heç "Kəpəz" və "Turan Tovuz"un şansını da yüksək qiymətləndirmək olmaz. Çünki heç bir bank zəmanəti ilə bağlı sənədi təqdim edə bilmir. Aldığımız son məlumata görə, AFFA onlara martın 31-ə kimi vaxt verib. Bank zəmanəti həmin tarixə qədər federasiyaya təqdim olunmasa, heç kim elitada oynamaq şansı qazanmayacaq.