
AFFA-nın Şamaxı rəhbərliyindən “premya” xahişi ÖZƏL
- 19 Mar 2022 14:00
- 798
Xəbər verdiyimiz kimi, “Keşlə” martın 18-dən etibarən rəsmən “Şamaxı” adı altında çıxış etməyə başlayacaq.
Rekord.az xəbər verir ki, klub əvvəlki kimi, AFFA tərəfindən maliyyələşəcək.
Yəni Şamaxı rayon rəhbərliyi kluba büdcə ayırmayacaq, yalnız oyunlar zamanı təşkilatı işlərdə kömək edəcək. Klubla bağlı ədə etdiyimiz maraqlı bir məlumata görə, federasiya Şamaxı rəhbərliyindən heç olmasa qələbə qazanılacağı təqdirdə futbolçulara müəyyən pul mükafatının verilməsi məsələsində kömək edilməsini xahiş edib. Yəni rayonun imkanlı şəxsləri bu işlərə cəlb olunsun və onların dəstəyi ilə komanda üçün mükafat fondu formalaşdın. Şamaxı rəhbərliyi bununla bağlı yerli iş adamları ilə görüş keçiriləcəyinə dair söz verib.