AFFA yeni mövsüm üçün I Diviziona buraxdığı komandaları çətin vəziyyətdə qoyub.

Rekord.az xəbər verir ki, söhbət "Araz Naxçıvan", "İmişli" və "Mingəçevir"dən gedir.

Belə ki. bu komandalara ayrılması nəzərdə tutulan büdcə hələ də təsdiqlənməyib. Bundan əlavə, federasiya komandalara məşq üçün top və forma da təqdim etməyib. Ona görə də, "Araz Naxçıvan" xaric, digər iki komanda məşqlərə fərqli-fərqli formalarda çıxırlar.