AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşov sertifikatla təltif edilib.

Rekord.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdam şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşov “UEFA-nın Klubların Lisenziyalaşdırılması”nın 20 illiyinin tamam olması ilə əlaqədar sertifikatla təltif edilib.