AFFA-nın Nobel prospektində yerləşən hazırkı binası sökülə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb həmin ərazidə tikintisi aparılan “Ağ şəhər” layihəsinin genişləndirilməsidir.

Bu mənada gələcəkdə yaxın ətrafda plana düşən bütün obyektlərin sökülməsi gündəmə gələ bilər ki, AFFA-nın binası da plana düşən obyektlər sırasında olacaq.

Qeyd edək ki, federasiyanın 4 mərtəbədən ibarət olan hazırkı binası 2006-cı ildə tikilib.