AFFA Nazim Süleymanovu yarı yolda qoyan məşqçiyə iş verdi - ÖZƏL!
- 2020-02-12 11:00
- 1697
Veteran futbolçu Əfqan Talıbovun Nazim Sülemanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqından gözlənilmədən çıxması haqda məlumat vermişdik.
Rekord.az-a daxil olan məlumata görə, Süleymanova xəyanət edən məşçinin bu əməli AFFA tərəfindən mükafatsız qalmayıb.
Belə ki, Talıbov federasiya tərəfindən "Turan Tovuz"un Müşahidə Şurasına üzv göndərilib. Hansı ki, sədri Oqtay Abdullayevdir. O Abdullayev ki, Süleymanova qarşı aylardı mübarizə aparır.
Bir maraqlı məqamı da qeyd edək ki, Abdullayevlə Talıbov uzun illərdi küsülüdür. Hətta Abdullayev Talıbovu "Neftçi"nin bazasına da buraxmırdı.