
AFFA kubokun finalı ilə bağlı tərəddüd içindədir
- 24 Fev 2023 13:00
- 684
Bir müddət bundan öncə AFFA-nın 2022-23-cü il mövsümü ölkə kubokunun finalını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiona təyin edəcəyi ilə bağlı məlumat vermişdik. Hətta qeyd etmişdik ki, ötən ilin dekabrında AFFA-nın 20 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə federasiya rəhbərliyi bu məsələni ciddi şəkildə müzakirə də etmişdi.
Lakin Rekord.az xəbər verir ki, həmin vaxt stadionun dekabrın sonunda istifadəyə veriləcəyi deyilirdi.
Lakin 2023-cü ilin fevral ayı sona çatmaqda olsa da, Sumqayıt stadionunun açılışı olmayıb və nə vaxt olacağına dair məlumat da yoxdur. Məhz bu durum AFFA rəhbərliyini yenidən düşünməyə vadar edib. Mehdi Hüseynzadə adına stadionun açılışı yubanarsa, AFFA kubokun finalı üçün başqa stadion axtaracaq.