Xəbər verdiyimiz kimi, AFFA bu mövsüm ölkə kubokunun finalını yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməyi planlaşdırırdı.

Rekord.az xəbər verir ki, hətta ötən ilin dekabrında AFFA-nın 100 illiyi ilə bağlı keçirilən tədbirdə AFFA rəhbərliyi bu məsələni öz aralarında müzakirə edib böyük ölçüdə qərar da vermişdi.

Hansı ki, sözügedən stadionun ötən ilin dekabrında açılışı olmalı idi. Lakin açılışın hələ də uzanması və açılışın nə zaman reallaşacağının naməlum olması federasiyanı qərarını dəyişməyə məcbur edib. Son məlumata görə, AFFA ölkə kubokunun finalını "Bakcell Arena"ya təyin etməyi düşünür.