Xəbər verdiyimiz kimi, AFFA növbəti mövsümdən əvəzediciləri I Diviziondan ayırıb divizionda peşəkar klubların sayını artırmağı düşünür.

Rekord.az xəbər verir ki, diviziona gətirilməsi gözlənilən 3 komandadan birinin də "Füzuli" olacağı deyilir.

Saytımıa daxil olan yeni məlumata görə, "Füzuli"nin diviziona gəlişi ilə bağlı həqiqətən federasiya ilə Füzuli komandasının rəhbərliyi arasında müzakirə olub. AFFA "Füzuli"ni I Diviziona gətirmək niyyətlərinin olduğunu deyib. Lakin bunun üçün komanda "Region Liqası"nın qalibi adını qazanmalıdır. Federasiya bunu şərt kimi bölgə təmsilçisinin qarşısında qoyub.