AFFA nəhayət ki, mətbuatın haqlı iradları və basqısından sonra “Region Liqası”nda çıxış edən komandalara geyim dəstləri verib.

 

Rekord.az xəbər verir ki, amma federasiya yenə komandaları və ictimaiyyəti aldadıb.

 

Belə ki, komandalara yalnız bir dəst forma paylanıb. Halbuki əsasnamədə yazılanlara əsasən, hər komandaya iki dəst (yay-qış) geyim və eyni zamanda qış idman dəstləri butslar və toрlar verilməli idi.