
AFFA bu rayonda yeni komanda yaradacaq
- 02 Mar 2023 15:00
- 1055
Məlum olduğu kimi, AFFA Tərtər stadionunun yenidən qurulması üçün tender elan edib.
Rekord.az xəbər verir ki, stadionda işlər bu ilin aprelində başlayıb, gələn ilin aprelində bitməlidir.
Yenilik tək stadionla bağlı deyil. Saytımıza daxil olan məlumata görə, federasiya sözügedən rayonda yeni komanda yaratmağı da planlaşdırır. Həmin komanda gələn il I Divizionda "Tərtər" adı ilə mübarizəyə başlayacaq.