Növbəti mövsümdən I Divizionda oynayacaq yeni komandalarla bağlı qərar may ayının sonlarına doğru verilməlidir.

Rekord.az-a daxil olan məlumata görə, son qərarı AFFA İcraiyyə Komitəsi versə də, məsuliyyətin böyük hissəsi Peşəkar Futbol Liqasına (PFL) həvalə ediləcək.

Məhz sözügedən qurum müraciət edən komandaların maddi-texniki bazasını gözdən keçirəcək, dərindən təhlil aparıb yekun seçimini icraiyyə komitəsinin diqqətinə çatdıracaq. İcraiyyə Komitəsi də buna uyğun qərar verəcək.