
“Adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq”
- 27 İyl 2025 23:42
- 38
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".