Azərbaycanın altı cüdoçusu fevralın 25-də Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, iki gün davam edəcək yarışda yığma beş çəki dərəcəsində təmsil olunacaq.

İdmançılara qadınlardan ibarət millinin məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

48 kq çəki dərəcəsində Ramilə Əliyeva, 52 kq-da Zeynəb Məmmədova, 63 kq-da Diana Şoranova ilə Nərgiz Hacıyeva, 70 kq-da Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə tatamiyə çıxacaq.

Qeyd edək ki, turnirə 44 ölkədən 463 cüdoçu qatılacaq.