AÇ: Yığmamız finala çıxa biləcək?
- 10 İyn 2022 15:30
- 487
Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan yığması Qazaxıstan millisi ilə üz-üzə gələcək. Oyuna saat 20:30-da start veriləcək?
Cütün qalibi finalda Bolqarıstan – Rumıniya duelinin güclüsü ilə qarşılacaq. Yarımfinalda uduzanlar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Azərbaycan millisi 1/4 finalda Slovakiyanı 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə 4:3 hesabı ilə məğlub edib.