AÇ: Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək
- 14:15
- 27
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.