Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.


Rekord.az xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada keçirilib.


Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.


Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.