Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Ukrayna ilə üz-üzə gələn Evren Alkayanın baş məşqçisi olduğu kollektiv rəqibinə 34:98 hesabı ilə uduzub.


Qarşılaşma Latviyanın paytaxtı Riqada keçirilib.


Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.