İsveçrənin Sürix şəhərində qadın komandalar arasında həndbol üzrə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız 5-ci qrupda İspaniya, Şimali Makedoniya və Litva komandaları ilə mübarizə aparacaq.

Seçmə turnirin oyunları bu ilin oktyabrından 2024-ün aprel ayına kimi keçiriləcək.

AÇ-2024-ün final mərhələsi Avstriya, Macarıstan və İsveçrədə təşkil olunacaq.