
“Abşeron Lions” “Gəncə”yə qalib gəldi
- 10 Okt 2025 22:30
- 38
Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Abşeron Lions" "Gəncə" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma birincilərin 96:94 hesablı qələbəsi ilə bitib.
Turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" isə "Quba"ya (96:68) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.